Qurban Qurbanov Lozannaya gedir

14:18 17 Yanvar 2018

Azərbaycan millisinin və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrənin Lozanna şəhərinə səfər edəcək.

 

Sportarena.az xəbər verir ki, yanvarın 24-də reallaşacaq səfərdə məqsəd Millətlər Liqasının püşkatmasından iştirak etməkdir. Bu barədə "Futbol+”ə AFFA-dan bildirilib. Səfər zamanı Qurban Qurbanovu AFFA-nın baş katibi Elxan Məmmədov müşayət edəcək.

 

Millimiz püşkatma zamanı Makedoniya, Gürcüstan və Belarusla birlikdə D liqasının 1-ci səbətində yer alacaq.


Xəbər xətti