Millimizin heyəti açıqlandı

15:24 17 Yanvar 2018

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası yanvarın 25-dən 30-dək İranın Buşehr şəhərində təşkil olunacaq “Persian Cup 2018” beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamız yanvarın 28-də, 29-da və 30-da müvafiq olaraq İran, İspaniya və Ukrayna yığma komandaları ilə qarşılaşacaq. Millimizin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: 

 

Vaqif Şirinbəyov, Elçin Qasımov, İlqar Ələkbərov, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev. 


Digər xəbərlər

Xəbər xətti