Qattuzo futbolçusunu Terimə təklif etdi

17:35 17 Yanvar 2018

“Milan”ın baş məşqçisi Cennaro Qattuzo “Qalatasaray”ın çalışdırıcısı Fatih Terimə məsləhət verib.

 

Sportarena.az xəbər verir ki, İtaliya millisinin keçmiş üzvü Terimə mövsümün əvvəlində 38 milyon avro qarşılığında “rossonyerlər”ə transfer olunan, lakin ümidləri doğrultmayan portuqaliyalı hücumçu Andre Silvanı təklif edib. Qattuzo türkiyəli mütəxəssisə 22 yaşlı hücumçunun xidmətində maraqlı olmadığını, istəsə, onun “Qalatasaray”a icarəyə verilməsinə kömək edə biləcəyinə söz verib.

 

Terimin Qattuzonun bu təklifindən razı qaldığı, portuqaliyalı futbolçunu da razı salmaq üçün köməkçilərini Milana göndərməyi planlaşdırdığı deyilir.

 

Qeyd edək ki, Cennaro Qattuzo 2001-ci ildə “Milan”da Fatih Terimin rəhbərliyi altında oynayıb.


Xəbər xətti