"Arsenal" Obameyanqla danışıqlara başladı

22:34 17 Yanvar 2018

"Arsenal" "Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanqla danışıqlara başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yayıb. London klubu 28 yaşlı hücumçuya müqavilə təklif edib.

 

"Arsenal"ın bu transfer üçün Dortmund təmsilçisinə 56 milyon avro ödəməyə hazır olduğu bildirilir.


Xəbər xətti