Qurban Qurbanov: "Belə sürətli oyun gözləmirdim"

11:12 18 Yanvar 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçəyə razılaşdı.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda öz fikirlərini bildirib:

 

“Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkliydilər. Düzdü, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməyə çalışdı”.


Digər xəbərlər

Xəbər xətti