“Qarabağ” Billiat üçün rəsmən müraciət edib?

14:57 18 Yanvar 2018

“Qarabağ” zimbabveli hücumçu Xama Billiatın transferi üçün onun müqaviləylə məxsus olduğu CAR-ın “Mamelodi Sandaunz” klubuna rəsmən müraciət edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “goal.com” yayıb. Xəbərdə “Qarabağ”ın 27 yaşlı hücumçu üçün kluba müraciət etdiyi vurğulanıb.

 

Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilən futbolçunun əsas mövqeyi ikinci hücumçudu. Billiatın hər iki ayağı işləkdi.

 

Zimbabveli futbolçu cari mövsümdə şans qazandığı 7 oyunda 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti