Arazlı “Anortosis” kubokunun 1/4 finalında - VİDEO

15:21 18 Yanvar 2018

Futbol üzrə Kipr kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də bu turnirdə növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Ayia Napa” ilə üz-üzə gəlib. Doğma meydanda bu rəqibinə 3:2 hesabıyla qalbi gələn futbolçumuzun komandası cavab matçından heç-heçə ilə ayrılıb – 1:1.

 

İki oyunun nəticəsinə görə rəqibini üstələyən “Anortosis” 1/4 finala yüksəlib.

 

Araz da bu matçın iştirakçısı olub. O, bu qarşılaşmaya da start heyətində başlayıb.

 

 


Digər xəbərlər

Xəbər xətti