"Kəpəz"dən növbəti rəsmi transfer

Sportarena.az      18 Yanvar 2018, 17:16

Qış fasiləsində “Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.

 

Sportrena.az xəbər verir ki, əsas komandanın Bakıdakı təlim-məşq toplanışı dövründə uğurla baxışdan keçən Tural Nərimanovun Gəncə klubunda qalmasına qərar verilib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.


Xatırladaq ki, Tural Nərimanov əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub.  

 

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl  Murad Səttarlı (“Zirə”), Samir Zərgərov ("Keşlə"), Roman Hüseynov ("Qəbələ", icarə), Tərzin Cahangirov, Sergey Litovçenko ("Dinamo", Tbilisi, Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah"), Dario Federiko ("Sonnam", Cənubi Koreya) və  Dieqo Souzanı transfer edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin