"Kəpəz" də Türkiyəyə getdi

17:19 18 Yanvar 2018

“Kəpəz” çempionatın qış fasiləsi dövründə hazırlığın Bakı hissəsini başa vuraraq bu gün Türkiyəyə yollanıb.

 

Sportarena.az xəbər verir ki, Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq. “Kəpəz” qardaş ölkədə taktiki və texniki çalışmalar üzərində işləyəcək, həmçinin yoxlama oyunları keçirəcək.

 

Türkiyə toplanışı dövründə komanda Rumıniya (22 yanvar - “Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - “Daejeon Citizen”), Polşa (28 yanvar - “Yagelloniya”) və Serbiya (31 yanvar - “Spartak” Subotiça) klubları ilə qarşılaşacaq. 

 

Nizami yurdunun təmsilçisi fevralın 2-də mövsümün ikinci hissəsinə hazırlığın əsas mərhələsini başa vuraraq vətənə dönəcək.


Digər xəbərlər

Xəbər xətti