“Traktorsazi” yenə uduzdu

17:34 18 Yanvar 2018

İran çempionatında 20-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu evdə “Saypa” ilə qarşılaşıb. Matç “qırmızı qurdlar”ın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Qarşılaşmada “Traktorsazi”nin yeganə qoluna Məhəmməd İranpurian imza atıb.

 

Bu, “traktorçular”ın son 4 oyunda 3-cü məğlubiyyətidi. 20 oyundan sonra hesabında 21 xal olan Təbriz təmsilçisi 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.

 

Xatırladaq ki, “Traktorsazi” sabah türkiyəli baş məşqçi Ərtuğrul Sağlamla müqavilə bağlayacaq.


Xəbər xətti