“Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı

23:29 18 Yanvar 2018

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Rusiya “Kuban”ı ilə yoxlama matçından sonra bu gün məşqləri bərpa edib. Səhər məşqi yerli vaxtla saat 11:00-da başlayıb və fitness zalında baş tutub.

 

Günün ikinci məşqində isə komanda yerli vaxtla saat 17:30-da meydançaya yollanıb. 90 dəqiqə davam edən məşqdə futbolçular fiziki çalışmalarla kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti