Ruslan Abışov Dreksanın açıqlamasına cavab verdi - "Çexiya mətbuatı onun sözlərini təhrif edib"

11:04 19 Yanvar 2018

"Neftçi"nin kapitanı Ruslan Abışov sabiq komanda yoldaşı Pavel Dreksanın onunla bağlı verdiyi açıqlamaya münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, Qol.az-a açıqlamasında çexiyalı futbolçunun ateist olduğunu bilən axşam Ruslanın onunla danışmaması ilə bağlı söylədiyi fikir haqda bunları deyib:

 

"Bu barədə çox danışmaq istəmirəm. Futbola aid olmayan mövzudur. Paveli mədəni və yaxşı insan kimi tanıyıram. İnanmıram, elə söz desin. Ola bilsin, Çexiya mətbuatı onun sözlərini təhrif edib. Tanıyanlar bilir ki, insanlara dini baxışlarına, milliyətinə və ya irqinə görə qiymət vermirəm, tolerant adamam. Dreksayla aramızda heç vaxt narazılıq, inciklik və təbii ki, belə söhbət olmayıb. Əksinə, həmişə əla münasibətimiz olub. O, çox yaxşı insan və futbolçudur. Ona karyerasında və şəxsi həyatında uğurlar arzulayıram".


Digər xəbərlər

Xəbər xətti