Millinin baş məşqçisi “Qarabağ”ın maraqlandığı futbolçuya məsləhət verdi

11:50 19 Yanvar 2018

“Qarabağ”ın maraqlandığı zimbabveli hücumçu Xama Billiatın transferi məsələsi vətənində geniş müzakirə olunur.

 

Sportarena.az xəbər verir ki, Zimbabve millisinin baş məşqçisi Sandey Çidzambva yerli mətbuata açıqlamasında Billiatın karyerasını Avropada davam etdirməsinin tərəfdarı olduğunu deyib. O, bunun həm millinin, həm də futbolçunun xeyrinə olduğunu bildirib:

 

“Billiat millinin əsas üzvlərindən biridi. Fikrimcə, Avropa klublarından birinə qoşulsa, yığmaya daha yaxşı kömək edə bilər. Əlbəttə, seçim onun özünə məxsusdu. Ancaq məncə, Billiat Avropa klublarından birində daha çox inkişaf edə bilər, nəinki Sudanda. Bu o demək deyil ki, burda rəqabət yoxdu. Sadəcə, Avropada futbola maraq daha böyükdü və çox izlənilir”.

 

Xatırladaq ki, Billiatın “Mamelodi Sandaunz”la müqavilə müddəti yayda başa çatacaq. 2013-cü ildən bu klubun formasını geyinən hücumçu, meydana çıxdığı 128 matçda 41 qola imza atıb


Digər xəbərlər

Xəbər xətti