Dadaşov 4 klubun hədəfində

Sportarena.az      19 Yanvar 2018, 12:30

Azərbaycan millisinin sabiq futbolçusu, Almaniya Regional Liqa təmsilçisi “Dinamo”nun formasını geyinən Rüfət Dadaşov klubunu dəyişə bilər.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı forvard 3-cü Bundesliqada çıxış edən 4 klubun transfer hədəfindədir.  “Şportfroynde”, “Karl Zeyss”, “Erfurt” və “Çvikkau” klubları Dadaşovu rənglərinə bağlamaq niyyətindədir. 

 

“Karl Zeyss” bu keçiddə daha israrlıdır. Artıq bunun üçün rəsmi təklif də ünvanlanıb. "Dinamo" rəhbərliyi isə Rüfəti müəyyən məbləğ qarşılığında satmaq istəyir.

 

Bu mövsüm 18 oyunda 19 qol vuran futbolçunun transferi ilə bağlı danışıqlar start götürüb.

 

Qeyd edək ki, Dadaşov 2013/2014-cü illərdə millimizin heyətində 14 oyun keçirib və 4 qol vurmağa müvəffəq olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin