Joze Alesio: "Məqsədimiz mərhələ adlamaqdı"

14:27 19 Yanvar 2018

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi Joze Alesio Da Silva bu gün Bakı İdman Sarayında brifinq keçirilib.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis əsas məqsədlərinin mərhələ adlamaq olduğunu deyib: 

 

“Sabah 20 yanvar - Ümumxalq hüzn günüdü. Şəhidlərə Allahdan rəhmət diləyirəm. Hazırlığa gəldikdə, komanda yanvarın 10-dan məşqlərə başlayıb. Artıq karyerasını ölkə xaricində davam etdirən oyunçularımız da komandaya qoşulub. Yanvarın 23-də və 24-də İran millisi ilə Bakıda iki yoldaşlıq oyunu keçirəcəyik. Final mərhələsinə yollanacaq heyət bu qarşılaşmalardan sonra dəqiqləşəcək. Əsas məqsədimiz mərhələ adlamaqdı. Buna görə də, Fransa ilə keçirəcəyimiz oyunun nəticəsindən çox şey asılıdı. Hətta bu qarşılaşmanı final oyunu kimi də xarakterizə edərdim. Digər rəqibimiz olan İspaniyanın qazandığı nəticələr, gücü hər kəsə məlumdu. Sadəcə, ilk oyunda Fransa ilə qarşılaşacağımıza görə, bütün diqqətimi bu görüşə yönəltmişəm”.


Xəbər xətti