Şehiç: "Azərbaycanda da Prosineçkiyə böyük hörmət var"

15:52 19 Yanvar 2018

Qarabağ”ın Bosniya və Herseqovina millisinə dəvət alan qolkiperi İbrahim Şehiç yerli mətbuata açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Şehiç açıqlamasında millimizin sabiq çalışdırıcısı, hazırda Bosniya və Herseqovina yığmasının “sükanı arxasında” olan Robert Prosineçki barədə də fikirlərini bölüşüb:

 

“Robert Prosineçki ilə iki il yarımdı tanışıq. O, böyük insandı, oyunçular haqda hər şeyi bilir. O özü də peşəkardı, məşqçi heyəti də peşəkarlardan qurulub. Onun təyinatını gözləyirdik. Artıq hər şey bizdən asılıdı. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da Prosineçkiyə böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər”.

 


Digər xəbərlər

Xəbər xətti