Adebayor: "O gündən “Arsenal”a nifrət edirəm"

Sportarena.az      19 Yanvar 2018, 16:41

Emmanuel Adebayor “Arsenal”dan ayrılaraq, “Mançester Siti”yə keçməsinin səbəbləri barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, “Arsenal” azarkeşləri “Mançester Siti”yə keçdiyinə görə Adebayoru "satqın" adlandırmışdılar. Hazırda karyerasını Türkiyədə davam etdirən futbolçu bildirib ki, “Arsenal”ı məhz baş məşqçi Arsen Vengerin təkidindən sonra tərk edib:

 

“Vengerin otağında onunla görüşdüm. O, mənə dedi ki, özünə yeni komanda tap. Mən isə qalmaq istədiyimi bildirdim. Venger dedi ki, sənə heç bir şans verməyəcəm, ya getməlisən, ya da ehtiyatda qalacaqsan. Bundan sonra “Mançester Siti”nin təklifini qəbul etmək məcburiyyətində qaldım.

 

Bir neçə gündən sonra isə Arsen Venger açıqlama verdi ki, guya mən “Mançester Siti”ni pula görə seçmişəm. Azarkeşlər də əleyhimə qalxdılar. O gündən “Arsenal”a nifrət edirəm”.

 

Qeyd edək ki, Adebayor “Arsenal”da 2006-2009-cu illərdə çıxış edib. O, “topçular”ın heyətində 142 oyun keçirib, 62 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin