"Traktorsazi"nin yeni baş məşqçisi Sağlam olacaq

17:34 19 Yanvar 2018

Təbrizin “Traktorsazi” klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisinin “sükan"ı” türkiyəli mütəxəssis Ərtoğrul Sağlama həvalə edilib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “Traktorsazi” təmsilçiləri ilə Sağlamın İstanbulda görüşdüyü və uzun müddət davam edən danışıqların ardından razılığa gəldikləri qeyd edilib. 48 yaşlı məşqçinin İrana gedib klubla rəsmi müqavilə bağlayacağı vurğulanıb. Sağlam “Traktorsazi” ilə 11 oyunluq müqavilə imzalayacaq. 

 

Mütəxəssis Tükiyə mətbuatına açıqlamasında xəbəri təsdiqləyib və artıq Təbrizdə olduğunu söyləyib.

 

Xatırladaq ki, daim İran çempionatında yüksək yerlər uğrunda mübarizə aparan “Traktorsazi” cari mövsümdə uğursuz çıxış edir. Komanda 19 turdan sonra 11-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, "Traktorsazi"nin Mustafa Dənizli ilə müqavilə imzalayacağı barədə xəbərlər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti