“Keşlə” “Zirə”ni məğlub etdi

17:51 19 Yanvar 2018

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Zirə” və “Keşlə” yoxlama oyununda qüvvələrini sınayıblar.

 

Sportarena.az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasında keçirilən oyun “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

 

Matçda Yuri Maksimovun yetirmələrindən Sinan Akkoyun və Əlibəy Məmmədli fərqləniblər. “Zirə”nin yeganə qolunu isə Riçard Qadze vurub.

 

Yoxlama oyunu

19 yanvar

Keşlə - Zirə 2:1

Qollar: Sinan Akkoyun, 68. Əlibəy Məmmədli, 83 - Riçard Qadze, 88.


Digər xəbərlər

Xəbər xətti