"Qarabağ"ın Polşa klubu ilə oyunun vaxtı açıqlandı

18:42 19 Yanvar 2018

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Qarabağ" sabah toplanış çərçivəsində ikinci yoxlama oyununda Polşanın "Lexiya" (Qdansk) klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, oyunun keçiriləcəyi saat müəyyənləşib. Klubun “facebook” hesabının yaydığı məlumata görə, matç Bakı vaxtıyla saat 18:30-da start götürəcək.

 

Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti