Seqoviya baxışa getdiyi klubu bəyənmədi

22:19 19 Yanvar 2018

"Neftçi"nin futbolçusu Daniel Seqoviyanın Qazaxıstanın "Jetısu” komandasına keçidi baş tutmayıb.
 
Sportarena.az vesti.kz saytına istinadən xəbər verir ki, 32 yaşlı ispaniyalı hücumçu hazırda Antalyada toplanış keçən "Jetısu”da baxışda olub. O, Türkiyənin "Sivasspor” və Rusiyanın "Luç Energiya” komandaları ilə yoxlama matçlarında da iştirak edib.
 
Forvard bu matçlarda qol vurmasa da, bəyənilib. Lakin Seqoviya açıqlanmayan səbəbdən müqavilə bağlamağa imtina edib və klubun düşərgəsindən ayrılıb.
 
Qeyd edək ki, "Neftçi”də əsas heyətə düşə bilməyən Seoqviya transferə çıxarılıb.


Digər xəbərlər

Xəbər xətti