"Yuventus"dan Əmrə Can açıqlaması - "Mümkün hər şeyi edəcəyik ki..."

Sportarena.az      20 Yanvar 2018, 10:58

“Yuventus”un baş direktoru Cüzeppe Marotta “Liverpul”un futbolçusu Əmrə Canı transfer etmək istəmələri ilə bağlı yayılan məlumata münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Marotta Əmrəni transfer etmək istədiklərini etiraf edib. O, bunun üçün bütün mümkün vasitələrdən yararlanacaqlarını da vurğulayıb:

 

“Futbolçunun klubla müqaviləsi başa çatır. Bu da imkan verir ki, onunla danışıqlar aparaq. Onun “Liverpul”la yeni müqavilə bağlayıb-bağlamayacağı barədə bir söz deyə bilmərəm. Amma biz mümkün hər şeyi edəcəyik ki, onun transferini reallaşdıraq. Bu məsələdə futbolçunun istəyinə hörmət etməliyik. Hazırda o, “Liverpul”un futbolçusudu. Biz bu kluba da, qaydalara da hörmət edirik. Atacağımız bütün addımlar qaydalar çərçivəsində olacaq”.

 

Qeyd edək ki, Əmrə Canın “Liverpul”la müqaviləsi bu ilin yayında başa çatır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin