"Sabah"dan 4 yeni transfer - FOTOLAR

Sportarena.az      20 Yanvar 2018, 11:11

Birinci divizion təmsilçisi "Sabah" qış fasiləsində heyətini daha 4 futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, son klubu "Xəzər" olan Əmrah Əliyev cari mövsümün sonuna kimi “Sabah”ın şərəfini qoruyacaq. Ampluaca müdafiəçi olan Əmrah, peşəkar karyerası ərzində "Neftçi", AZAL klublarında da forma geyinib.

 

Yarımmüdafiəçi Emin Mehdiyev isə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək. Müqavilə ilə "Səbail"ə məxsus olan, vaxitlə U-21 millimizə də dəvət alan futbolçu "Neftçi", "Sumqayıt" və "Zaqatala" klublarında çıxış edib.

 

Cari mövsümün ilk yarısını "Qaradağ Lökbatan" klubunda çıxış edən Emin Mirzəliyev də “Sabah”la mövsümün sonuna kimi müqavilə imzalayıb. Ampluaca dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Emin peşəkar karyerası ərzində "Turan" və "Neftçala" klublarında da forma geyinib.

 

“Sabah”ın heyətinə qatdığı daha bir futbolçu isə iranlı hücumçu Şahin Baleljaeedi. Şahin peşəkar karyerası ərzində "Melevan" (İran), "Perspolis" (İran), "Şuşa", "Şəmkir", "İnter" (hazırki "Keşlə") və "Xəzər" klubunda çıxış edib.

 

 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin