Ndlovu "Qarabağ"a və Azərbaycan xalqına təşəkkür etdi - FOTO

12:14 20 Yanvar 2018

"Qarabağ"dan ayrılaraq Çinin "Hançjou Qrintaun” klubuna transfer olan Dino Ndlovu Ağdam təmsilçisinə və Azərbaycan xalqına təşəkkür edib.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı o, özünün "instagram" hesabında yazıb:

 

"Nəyə qadir olduğumu göstərmək üçün mənə şərait yaratdığı üçün "Qarabağ"a, qonaqpərvərlik və hörmətə görə Azərbaycan xalqına minnətdaram. Siz həmişə qəlbimdə qalacaqsınız. Klubumu dəyişməyim Allahın işidir. Artıq bütün diqqətimi və enerjimi "Hançjou Qrintaun” üçün yönəldəcəm".

 

Xatırladaq ki, Dino Çin klubu ilə 2 illik sözləşmə imzalayıb. O, "Hançjou Qrintaun"da ilinə 750 min dollar qazanacaq. 

 


Digər xəbərlər

Xəbər xətti