"Çelsi" "Roma"nın 2 futbolçusunu transfer edir

12:33 20 Yanvar 2018

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş iki komanda - “Çelsi” və “Roma” transfer əməliyyatı keçirməyə yaxındırlar

 

Sportarena.az xəbər verir ki, “Çelsi” “Roma”nın iki futbolçusuna - müdafiəçi Emerson Palmieri və hücumçu Eden Dzekoya təklif göndərib. Hər iki futbolçunun təklifi qəbul etdiyi bildirilir.

 

Hazırda klublar arasında danışıqlar başlayıb. “Çelsi” futbolçulara görə 50 milyon avro təklif edir. “Roma”nın isə 65 milyon tələb etdiyi bildirilir. Məlumata görə, “Çelsi” 50 milyon+10 milyon bonus variantına da razıdır.


Xəbər xətti