Raku: “Azərbaycan millisindən bəzi futbolçuları tanıyıram”

14:09 20 Yanvar 2018

Futbol üzrə Moldova milli komandasının futbolçusu Petru Raku Azərbaycan yığmasını qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, moldovalılar Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində yanvarın 27-də Cənubi Koreya, 30-da Azərbaycan millisiylə yoldaşlıq görüşü keçirəcək. “Şerif”in müdafiəçisi olan Raku bu görüşlərlə bağlı yerli mətbuata açıqlamasında bunları söyləyib:

 

“Cənubi Koreya yığması dünya çempionatına hazırlaşan yığmadı. Bilmirəm, onlar Türkiyəyə hansı heyətlə gələcəklər. Azərbaycan yığmasından isə bəzi futbolçuları tanıyıram. Çünki ötən yay "Qarabağ"la Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşdıq. Hər iki yığma yaxşı komandadı. Bizim millinin heyətində isə yalnız Moldova çempionatından futbolçular oynayır. Türkiyəyə öz vəzifələrimizi yerinə yetirməyə yollanırıq. Ümid edirik ki, ordan yaxşı nəticəylə qayıdacağıq”.


Digər xəbərlər

Xəbər xətti