"Kəpəz" Türkiyədə məşqlərə start verdi

15:33 20 Yanvar 2018

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” qardaş ölkədə məşqlərə start verib.

 

Sportarena.az xəbər verir ki, komanda gündə iki dəfə hazırlıq keçir.  Heyətdə 18 futbolçu yer alıb. “Sarı-göylər” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, yoxlama oyunlarına çıxacaqlar.  

 

Komanda yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə oynayacaq. 


Təlim-məşq toplanışı fevralın 2-də başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti