"Bavariya"nın məşqində dava

Sportarena.az      20 Yanvar 2018, 17:38

Yanvarın 19-da “Bavariya”nın məşqində insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, insident Xames Roriqeslə Sebastiyan Rudi arasında baş verib. “Bavariya”nın futbolçuları mübahisə edənləri sakitləşdirməyə çalışıblar.

 

Ancaq Aryen Robben davanı daha da qızışdırmağa cəhd göstərib. O, üzünü mübahisə edənlərə tutaraq “irəli, irəli, uşaqlar, davam edin” deyib. Jerom Boatenq, Frank Riberi və Rafinyanın müdaxiləsindən sonra ara sakitləşib.

 

Məşqdən sonra Xameslə Rudi də əl sıxaraq, barışıblar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin