Qurban Qurbanov: "Futbolçulardan və oyundan razı qaldım"

23:54 20 Yanvar 2018

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Polşanın “Lexiya” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

 

“Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi. Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər. Toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım”.


Digər xəbərlər

Xəbər xətti