Millimiz Albaniyaya uduzdu - YENİLƏNİB

22:27 21 Yanvar 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən Azərbaycanın U-21 millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Albaniyadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Xatırladaq ki, bu, U-21 millimizin Antalyada ikinci sınağı olacaq. Gənclərimiz Türkiyədəki ilk yoxlama oyununda “Alanyaspor”dan olan həmyaşıdlarını 3:1 hesabıyla məğlub etmişdi.

 

Yoxlama oyunu

21 yanvar

19:00 Azərbaycan (U-21) - Albaniya (U-21) 0:1


Xəbər xətti