Araz Abdullayev oynadı, “Anortosis” qələbə qazandı - VİDEO

14:21 21 Yanvar 2018

Futbol üzrə Kipr çempionatında 21-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Etnikos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

 

Geridə qalan turlarda 44 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti