Dadaşov qol vurdu, komandası qalib gəldi

14:17 21 Yanvar 2018

Almaniyanın “Dinamo” (Berlin) klubu qış fasiləsi dönəmində daha bir yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi bu kollektiv Ratenov “Optik”i ilə üz-üzə gəlib. Dörd qolun vurulduğu qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsiylə başa çatıb – 3:1.

 

Rüfət də bu görüşün iştirakçısı olub. Komandasının qollarından birini də məhz Dadaşov rəqib qapısından keçirib.


Digər xəbərlər

Xəbər xətti