Koutinyo "Barselona"nın məşqində

16:44 21 Yanvar 2018

"Barselona"nın yeni transferi Filipe Koutinyo gələn həftə Kataloniya klubunda debüt edə bilər.

 

Sportarena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilk dəfə komanda ilə birlikdə məşqdə sona qədər iştirak edib. Onun "Espanyol"la Kral Kubokunun 1/4 final mərhələsinin cavab matçında (ilk oyun - 0:1) meydana çıxacağı gözlənilir. Komandalar arasında cavab görüşü yanvarın 24-də "Nou Kamp"da keçiriləcək.

 

Qeyd edək ki, "Liverpul"dan transfer olunan Koutinyo bud nahiyyəsindəki zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalmışdı.


Digər xəbərlər

Xəbər xətti