"Kəpəz" Hacinin komandası ilə "sülh bağladı" - YENİLƏNİB

15:26 22 Yanvar 2018

"Kəpəz" Antalyadakı təlim-məşq toplanış çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi Rumıniyanın "Viitorul" klubu ilə qarşılıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Təmsilçimizin yeganə qolunu kapitan Şəhriyar Rəhimov vurub.

 

Sahibi və baş məşqçisi “Qalatasaray”ın sabiq futbolçusu George Hacı olan "Viitorul" hazırda Rumıniya çempionatında 34 xalla 14 komanda arasında 6-cı yerdədir.

 

Qeyd edək ki, “Kəpəz” yanvarın 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-də “Yagelloniya” (Polşa), 31-də isə “Spartak”la (Serbiya) oyunda qüvvəsini sınayacaq.
 
 

Yoxlama oyunu

22 yanvar

12:00 Kəpəz (Azərbaycan) - Vitorul (Rumıniya) 1:1


Xəbər xətti