Premyer Liqanın autsayderi "Neftçi"ni darmadağın etdi - YENİLƏNİB

19:30 22 Yanvar 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri Rusiyanın “SKA-Xabarovsk” komandası ilə qarşılaşıb. Görüş "ağ-qaralar"ın böyük hesablı məğlubiyyəti ilə nəticələnib - 1:8.

 

Rusiya Premyer Liqasında mübarizə aparan Xabarovsk təmsilçisi 20 turdan sonra 12 xalla sonuncu pillədə yer alıb.

 

Yoxlama oyunu

22 yanvar

17:00 Neftçi (Azərbaycan) - SKA-Xabarovsk (Rusiya) 1:8

Neftçi: Rəşad Əzizli, Ruslan Abışov (K), Kirilo Petrov, İlkin Qırtımov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Emin Mahmudov, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov.

Ehtiyat oyunçular: Aqil Məmmədov, Elçin Əsədov, Fərid Abbaslı, İqnasio Errera, Roxdi Axente, İqor Sikorski.


Xəbər xətti