Suares heç kimin bacarmadığını etdi - "Barselona"nın tarixinə düşdü

15:42 22 Yanvar 2018

İspaniya çempionatının 20-ci turunda “Barselona” “Betis”i darmadağın edib - 5:0.

 

Sportarena.az xəbər verir ki, Luis Suares bu qarşılaşmada dubl edib. Bununla da uruqvaylı futbolçu “Barsa”da vurduğu qolların sayını 100-ə çatdırıb. O, La Liqada 100 qol vuran 5-ci “Barsa”lı olub.

 

Suares bu göstərici ilə klub tarixinə də düşüb. O, 100 qolu cəmi 114 oyunda vurub ki, bu da klub tarixinin ən yaxşı göstəricisidi.

 

Buna qədər ən yaxşı göstərici Samuel Etoya məxsus idi. Eto 100 qolu 130 oyunda vurmuşdu. Lionel Messi isə bu göstəriciyə 154 oyunda çatıb. Ladislav Kubala 132, Sesar isə 159 oyunda 100 qol vurmağı bacarmışdı.


Digər xəbərlər

Xəbər xətti