"Neftçi"nin futbolçusu: "O vaxtdan ləqəbim "Qato”du" - VİDEO

15:57 22 Yanvar 2018

“Neftçi”nin yeni transferi Fransisko Qarsia klubun saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı paraqvaylı öncə "Neftçi"yə gəlişindən danışıb:

 

"Təklif alandan sonra klub haqda məlumat toplamağa başladım. Öyrəndim ki, "Neftçi” köklü və ad-sanlı klubdu. Bu məni ruhlandırdı. Həmyerlim Derlis Meza Kolli ilə də söhbətləşdim. O, komanda haqda çox yaxşı sözlər dedi. Bundan sonra "Neftçi”yə keçəcəyimə şübhəm qalmadı.

 

Yeni komandama uyğunlaşmağa çalışıram. Baş məşqçi çox tələbkardı. Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışacağam. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə əmək sərf edəcəyik".

 

Yarımmüdafiəçi “Qato” ləqəbi almasının tarixçəsindən də danışıb:

 

"Qato” ləqəbini mənə "Serro Portenyo”nun aşağı yaş qruplarında oynayanda fiziki hazırlıq üzrə məşqçimiz verib. "Niyə məhz "Qato?” deyə soruşanda, o mənə gözlərimin pişik gözlərinə bənzədiyini dedi. Buna görə də məni "Qato” deyə çağırmağa başladı. O vaxtdan ləqəbim "Qato”du. Azarkeşlər, futbolçular, ailəm - hamı mənə "Qato” deyir.

 

Fransisko Qarsiya məqsədlərinin ölkə kubokunu qazanmaqdan ibarət olduğunu da bildirdi:

 

"Hər bir böyük klub kimi "Neftçi”nin də azarkeşləri möhtəşəmdi. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Məqsədimiz kuboka sahib çıxmaqla Avropa Liqasına vəsiqə qazanmaqdı. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata biləcəyik”.

 

 


Digər xəbərlər

Xəbər xətti