"Səbail"də növbəti ayrılıq

16:36 22 Yanvar 2018

“Səbail” futbolçusu Murad Musayevlə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klub yayıb. "Səbail"lə futbolçu arasında qarşılıqlı razılığa əsasən, onunla müqaviləyə vaxtından əvvəl xitam verilib. Futbolçu azad agent statusu alıb.  

 

23 yaşlı müdafiəçi cari mövsümdə "Səbail"də cəmi 4 oyun keçirmişdi. 

 

Qeyd edək ki, "Səbail" qış fasiləsində Edqaras Jarskiz, Amit Quluzadə, Təyyar Məmmədov, Yamin Ağakərimzadə, Aleksandru Popoviçi ilə yollarını ayırıb.


Digər xəbərlər

Xəbər xətti