Azərbaycanda ilk uşaq-futzal məktəbi fəaliyyətə başladı - VİDEO

Sportarena.az      22 Yanvar 2018, 16:50

Futzal ölkəmizdə ən populyar idman növlərindən biri hesab edilir. Azərbaycan futbolda əldə edə bilmədiyi uğurları məhz futzalda qazanıb.

 

Spotrarena.az xəbər verir ki, uzun illərdən bəri bu sahədə əsas çatışmamazlıqlardan biri uşaq-futzal məktəblərinin yoxluğu hesab edilirdi. Artıq bu boşluq aradan qaldırılıb.

 

Belə ki, Bakıda ilk peşəkar uşaq-futzal məktəbi fəaliyyətə başlayıb. Paytaxtımızın Binəqədi rayonunda yerləşən "Marafon" İdman Mərkəzində "Fener" uşaq-futzal məktəbi təsis edilib. Ağasadıq Gəraybəyli 28 B ünvanında(7-ci mikrorayon) yerləşən məktəbdə 5-12 yaş arası uşaqların məşq etməsi üçün hər cür şərait var. "Fener"in məşqçiləri isə yığma komandamızın sabiq üzvləridir. Hər həftə bir tanınmış futzalçının master-klass keçdiyi məktəbdə uşaqlar forma ilə təmin edilir. Həmçinin, futzal məktəbinin üzvlərinin müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə iştirakı təmin edilir. 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin