"Sumqayıt" Antalyada ilk məşqinə çıxdı

17:53 22 Yanvar 2018

“Sumqayıt” bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda səhər saat 11:00-da qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələr və müxtəlif tapşırıqlar üzərində çalışıb. “Kimyaçılar” hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb. Komandanın növbəti axşam məşqi isə saat 17:30-da olub.

 

Antalyada 4 yoxlama oyununa çıxacaq "Sumqayıt" ilk sınaq matçını yanvarın 25-də Polşanın "Poqon" klubuna qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti