Dünya kuboku Bakıya gətiriləcək - Tarixi məlumdu

21:32 22 Yanvar 2018

Bildiyiniz kimi, bu ilin iyunun 14-dən iyulun 15-ə kimi Rusiyada futbol üzrə Dünya çempionatı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu məqsədlə turnirlə bağlı müxtəlif tədbirlər keçirilir. Təbliğat məqsədilə keçirən mərasimlərdən biri də mundialın kubokunun müxtəlif ölkələrə aparılaraq orada futbolsevərlərə göstərilməsidir.

 

Kubokun tur çərçivəsində gəzəcəyi ölkələrin adları artıq məlum olub. Siyahıda Azərbaycanın adı da var. Bu barədə AFFA-nın rəsmi saytın məlumat dərc edilib. Dünya çempionatının kuboku fevralın 9-da Bakıya gətiriləcək və "Gənclik Mall" ticarət mərkəzində nümayiş olunacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti