"Qəbələ" iki dəfə məşq etdi

11:18 23 Yanvar 2018

“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 2-ci gününü başa vurub. Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günü iki məşqlə yekunlaşdırıb.

Futbolçular səhər məşqini fitnes zalında keçirib. Onlar fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər. Günün ikinci yarısında isə oyunçular meydanda məşq ediblər. Onlar toplu və topsuz çalışmaları yerinə yetiriblər.


Xəbər xətti