Rəşad Sadıqovun komandası gürcülərlə "sülh bağladı" - YENİLƏNİB

Sportarena.az      23 Yanvar 2018, 20:58

Antalyada təlim-məşq toplanışında olan U-21 millimiz bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Gürcüstandan olan həmyaşıdları ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Bu, gənclərdən ibarət yığmamızın Antalyada 3-cü sınağı olacaq. Millimiz bundan öncə “Alanyaspor”un U-21 komandasını 3:1 hesabıyla məğlub etmiş, Albaniyanın U-21 millisinə isə 0:1 hesabıyla uduzmuşdu.

 

Yoxlama oyunu

23 yanvar

19:00 Azərbaycan (U-21) - Gürcüstan (U-21) 1:1

Azərbaycan: 1.Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev

Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin