Messi İspaniyada bunu ilk bacaran futbolçu oldu

12:14 23 Yanvar 2018

Futbol üzrə Argentina yığmasının və “Barselona”nın ulduz futbolçusu Lionel Messi daha bir yeni rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu İspaniyada ardıcıl 10 mövsümdə ən azı 25 qol vuran ilk futbolçu ünvanına sahib çıxıb.

 

Qeyd edək ki, Messi La Liqanın son turunda səfərdə “Betis” üzərində qələbədə xüsusi pay sahibi olmaqla yanaşı, dubla imza atmışdı. Bununla da o, İspaniyada bütün turnirlər çərçivəsində vurduğu qolların sayını 25-ə çatdırıb.


Digər xəbərlər

Xəbər xətti