Cüdoçularımız yeni qaydalarla tanış oldular

14:53 23 Yanvar 2018

Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu toplantıda iştirak etmiş Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və Regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov yeni qaydalarla cüdoçularımızı məlumatlandırıblar.

 

ACF-in Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hər iki mütəxəssis cüdonun yeni qayda və qanunlarının tətbiqini əyani şəkildə göstəriblər. Qəbul edilmiş yeni qaydalar cüdoçulara ətraflı izah edilib.


Xəbər xətti