Pikenin ailəsində problem - Şakira həbs oluna bilər

15:05 23 Yanvar 2018

"Barselona"nın Jerard Pikenin həyat yoldaşı, dünya şöhrətli müğənni Şakira həbs edilə bilər. 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı sənətçi vergi borclarından yayınmaqda ittiham olunur. Ispaniyanın vergi dairələri Şakiranın 2011-2014-cü illərdə maliyyə qeydlərinin yoxlanılmasını istəyib. 

Qurum müğənninin həmin illərdə təkcə ölkə daxilində deyil, xaricdə də qazandığı pullara görə gəlir vergisi ödəməli olduğunu bildirib. Şakiranın vəkili dəyərləndirmələrdən sonra çox cüzi vergi borcu fərqinin ortaya çıxa biləcəyini və bunun “vergi cinayəti” adlandırılmasının doğru olmadığını söyləyib.

 

Pikenin vegi sənədlərində aparılan yoxlamalar isə təmiz çıxıb.

 

Qeyd edək ki, 40 yaşlı ifaçı futbolçu Pike ilə 2010-cu ildən ailəlidir. Cütlüyün Milan və Saşa adlı iki oğlu var.


Digər xəbərlər

Xəbər xətti