Biabırçı hesabla uduzan “Neftçi”dən daha bir rəzalət

Sportarena.az      23 Yanvar 2018, 16:36

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” yoxlama matçı çərçivəsində Rusiyanın “SKA-Xabarovsk” klubu ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma bakılıların biabırçı məğlubiyyəti ilə yekunlaşıb. Rusiya Premyer Liqasında sonuncu pillədə qərarlaşan komanda “Neftçi”ni darmadağın edib. Premyer Liqada keçirdiyi 20 oyuna 16 qol vuran “SKA-Xabarovsk”, bunun yarısını 90 dəqiqə ərzində “Neftçi”nin qapısından keçirib – 8:1.

 

Məsələ burasındadır ki, oyundan əvvəl klubun rəsmi “Facebook” səhifəsində oyunla bağlı paylaşımlar edilirdi. Qarşılaşma sosial şəbəkə vasitəsi ilə hətta canlı olaraq izləyicilərə təqdim olunurdu. Lakin  biabırçı nəticədən sonra “Neftçi” – “SKA-Xabarovsk” matçı ilə bağlı bütün paylaşımlar klubun rəsmi “Facebook” səhifəsindən silinib. Bir sözlə, klub rəhbərliyi rəzaləti yaddan çıxarmaq üçün daha bir biabırçı addım atıb.

 

Görünür, biabırçı hesabla uduzandan sonra klub prezidenti Orxan Hüseynzadə başını itirib. Yoxsa, peşəkar klubun prezidenti olan şəxs niyə belə bir göstəriş versin ki? (Yenicag.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin