"Qəbələ"nin prezidenti 15 milyona baza alır

17:51 23 Yanvar 2018

"Qəbələ”nin prezidenti Tale Heydərov "Əlincə”nin bazasını almağa hazırlaşır.
 
Sportarena.az Fanat.az-a istinadən xəbər verir ki, klub prezidenti 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır.
 
Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi.
 
"Qırmızı-qaralar”ın başqanı bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti