"Qəbələ"nin Makedoniya klubu ilə matçının vaxtı müəyyənləşdi

18:40 23 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ"nin “Rabotniçki” ilə keçirəcəyi yoxlama görüşünün başlama saatı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Makedoniya klubu ilə matç sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yoxlama görüşlərində "Akhisar"la (Türkiyə) bərabərə (1:1) qalıb, "Sürix"ə (İsveçrə) uduzub (0:1).

 


Xəbər xətti