PSJ Fransa yığmasının üzvünü transfer etdi

Sportarena.az      24 Yanvar 2018, 11:43

Fransanın PSJ klubu heyətinə yeni futbolçu qatıb.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisi 32 yaşlı yarımmüdafiəçi Lassana Diarranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

 

Artıq onun PSJ-də hansı forma altında oynayacağı da bəllidi. Diarra Paris klubunda 19 nömrəli formanı geyinəcək.

 

Karyerası ərzində “Çelsi”, “Arsenal”, “Real” (Madrid) kimi nəhəng klublardan çıxış etmiş Fransa yığmasının sabiq üzvü son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda oynayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin